Quntis Ulmanis | |||||||
---|---|---|---|---|---|---|---|
latış. Guntis Ulmanis | |||||||
| |||||||
|
|||||||
Sələfi | vəzifə təsis edildi | ||||||
Xələfi | Vayra Viqe-Freyberqa | ||||||
|
|||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 13 sentyabr 1939 | ||||||
Doğum yeri | Riqa, Latviya | ||||||
Vətəndaşlığı | Latviya | ||||||
Həyat yoldaşı | Ayna Ulmane (1962—) | ||||||
Uşaqları | Alvis, Qunta | ||||||
|
|||||||
Təltifləri | |||||||
Vikianbarda əlaqəli mediafayllar |
Quntis Ulmanis və ya 1939-1955-ci illərdə sahib olduğu Quntis Rumpitis (d. 13 sentyabr 1939; Riqa, Latviya) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 1993-cü ildən 8 iyul 1999-cu ilə qədər Latviya Prezidenti və Latviyanın Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Quntis Ulmanis, Latviya Seyminin V (1993) və X (2010-2011) çağırış üzvü olub.
Mündəricat
- 1 Həyatı
- 2 Fəaliyyəti
- 3 Ailəsi
- 4 Təltifləri
- 4.1 Latviya təltifləri
- 4.2 Xarici təltiflər
- 5 İstinadlar
Həyatı[redaktə | əsas redaktə]
Quntis Ulmanis 1939-cu il sentyabrın 13-də Riqa şəhərində anadan olub.[1] Quntis Ulmanisin babasının qardaşı Sovet işğalından əvvəl mövcud olan Latviya dövlətinin sonuncu Prezidenti Karlis Ulmanisdir.[1] Quntis Ulmanis və ailəsi 1941-ci ildə Sibir regionuna sürgün olunub və 1946-cı ildə Riqa şəhərində yaşamamaq şərti ilə Latviyaya dönmələrinə icazə verilib.[1] Ulmanis ailəsi əvvəlcə Kuldiq rayonunun Edole qəsəbəsində, sonra isə Yurmala şəhərində yaşayıb.[1]
Orta təhsilini Yurmala şəhərində alan Quntis Ulmanis, 1963-cü ildə Latviya Universitetini iqtisadçı ixtisası üzrə bitirib.[1] 1963-1965-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub.[1]
Fəaliyyəti[redaktə | əsas redaktə]
Hərbi xidmətini başa vurduqdan sonra Quntis Ulmanis, inşaat sahəsində iqtisadçı olaraq çalışdı. Daha sonra Riqa Tramvay-trolleybus İdarəsində çalışan Quntis Ulmanis, Riqa şəhər İcra Komitəsinin rəhbərinin müavini təyin edildi. Amma bir neçə aydan sonra sahib olduğu Ulmanis soyadına görə işdən qovuldu. Quntis Ulmanis 1965-ci ildə Kommunist Partiyasının sıralarına üzv oldu, 1989-cu ildə isə həmin partiyadan ayrıldı.
Quntis Ulmanis 1993-cü il iyulun 7-də baş tutan Prezident seçimlərinə yeganə namizəd oldu. Kəndçi İttifaqının namizədi olan Quntis Ulmanisin lehinə 53, əlehinə isə 26 deputat səs verdi. Səsvermənin nəticələrinə əsasən Quntis Ulmanis üç il müddətinə Latviya Prezidenti seçildi. Onun andiçmə mərasimi iyulun 8-də baş tutdu. O, dövlət müstəqilliyinin bərpa edən Latviyanın 1-ci Prezidenti oldu.
Ailəsi[redaktə | əsas redaktə]
Quntis Ulmanis Ayna Ulmane ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Təltifləri[redaktə | əsas redaktə]
Latviya təltifləri[redaktə | əsas redaktə]
- Latviya : "Üç Ulduz" ordeni
- Latviya : "Viestura" ordeni
- Latviya : "Etiraf" xaçı
Xarici təltiflər[redaktə | əsas redaktə]
- Almaniya : "Almaniya qarşısında xidmətlərə görə" ordeni
- Birləşmiş Krallıq : "Müqəddəs Mixail və Georgi" ordeni
- Danimarka : "Fil" ordeni
- Estoniya : "Mariya Torpağı Xaçı" ordeni
- Fransa : "Fəxri Legion" ordeni
- Finlandiya : "Ağ qızılgül" ordeni
- İslandiya : "İslandiya qızılquşu" ordeni
- İsveç : "Serafimlər" ordeni
- İtaliya : "İtaliya qarşısında xidmətlərə görə" ordeni
- Litva : "Müqəddəs Vitautas" ordeni
- Norveç : "Müqəddəs Olaf" ordeni
- Polşa : "Ağ qartal" ordeni
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ 1,0 1,1 1,2 1,3 1,4 1,5 "Latviyanın 1-ci Prezidenti Quntis Ulmanisin bioqrafiyası (ing.)". www.president.lv (Latviya Prezidentinin rəsmi saytı).
|